Sobada peraşki

Sobada peraşki
Yeməklər
10.09.2017 242
Lazım olan ərzaqlar:

1 yumurta və 1 yumurta ağı

2 xörək qaşığı şəkər tozu

1-2 stəkan duru yağ

1-2 stəkan süd

1-2 stəkan ilıq su

1 xörək qaşığı maya

1 çimdik duz

Un gedənədək



Hazırlanma qaydası:
Yumurta, şəkər tozu və duzu qarışdırırıq. Sonra mayanı suda həll edirik. Mayalı suyu, südü, duru yağı tökürük qarışığın üzərinə. Sonra unu əlavə edirik. Xəmir elə olmalıdı ələ yapışmasın. Qulaq ucu yumşaqlığında olmalıdı. Üzərini salafanla örtürük, qoyuruq acımağa. 2 saat və ya saat yarım qalmalıdı acımaqda.

İndi isə kəçək içliyin hazırlanmasına.

İçərisinə nə istəsəz qoymaq olar. Məsələn qoyun pendiri, cem, kartof puresi, ət, sosiska, holland pendiri. Necə istəsəz edə bilərsiz. Mən isə sizə cemli və ətli içlik təqdim edəcəm. Əti soğanla bir yerdə qovururuq.

Xəmirimiz hazırdı. Xəmiri kündələyirik və qoyuruq  kündəyə gəlməyə 20 dəqiqə gözləyirik. Sonra yayıb içliyi qoyub peraşki kimi bağlayıb qoyuruq sobaya.

Xanımlar hazırlayın çox dadlı olur. Bulku kimi olur xəmiri çox dadlıdı.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!