Badımcan kürüsü

Badımcan kürüsü
Yeməklər
10.09.2017 21
Tərkibi:

2 kq badımcan

1,5 kq "Bizim Tarla" doğranmış-soyulmuş pomidoru

0,5 kq bolqar bibəri

2-3 ədəd acı bibər

1-2 baş sarımsaq

0,5 kq soğan

300 ml bitki yağı

Azərduz yodlu narın xörək duzu, istiot, sarıkök.



Hazırlanması:

Badımcanları soyub acısını çıxarmaq üçün 20 dəqiqə duzlu suda saxlayırıq.sonra onları bütöv şəkildə hər tərəfini yumuşalacaq qədər qızardırıq (çox qızarmasın amma)Sarımsaqları və soğanları ət çəkən maşından keçirib, badımcanları qızartdığımız tavada və həmin yağda bişiririk.


Daha sonra bibərləri də maşından keçirib, soğanların üzərinə əlavə edirik və bir müddət qovururuq.Qızartdığımız badımcanları və pomidorları da maşından keçirib qarışdırırıq. Bunların üzərinə qovurduğumuz soğan və bibərləri də əlavə edirik. Duz, istiot, sarıkök və yağını da vurub yaxşıca qarışdırırıq. Vam ocaqda yaxşı qatılaşana kimi qovururuq. Və kürümüz hazırdır.


Nuş olsun! wink  


 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!