Sulu xingəl

Sulu xingəl
Yeməklər
10.09.2017 104
Lazım olan ərzaqlar:

160 qr un, 1 yumurta, 80 qr ərinmiş yağ, 1
baş soğan, 1 stəkan qatiq, 2 diş sarımsaq, nanə, keşniş, duz, su.
Una yumurta və su əlavə edərək bərk xəmir
yoğurun və 1-1,5 mm qalınlığında yayın. Yayılmış xəmirdən 2x3 sm ölçüdə
düzbucaqlar kəsin. Soğanı xırda-xırda doğrayaraq yağda qovurun. Ət suyunu
qaynadın və qaynayan suya doğranmış hazır xəmir tikələrini və qovrulmuş soğanı
töküb bişirin. Ocaqdan götürməzdən əvvəl doğranmış keşniş vurun. Süfrəyə verməzdən
əvvəl üzərinə quru nanə səpin. Sarımsağı duzla əzib, qatığa qarışdırın və sulu
xingəllə birlikdə süfrəyə verin.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!