Toyuq plovu

Toyuq plovu
Yeməklər
10.09.2017 152
Tərkibi:
Bütöv toyuq
100 gr. kişmiş
bir orta baş soğan
Yağ (olar bitki)
Hazırlanması:
Toyuqu yuyub qazana qoyun və üstünə su tökün (su toyuqu tam örtməməlidir). Duz əlavə edin. Güclü odun üstünə qoyun, qaynayan kimi, odu azaldın. Kəfi yığın, qapağı qoyub toyuqu yarımçıq bişirin. Bu an çox vacibdir – toyuq tam bişməməlidir, əks halda sonra toyuq "dağılar”.
Soğanı kiçik kvadratlarla kəsib, duz əlavə edin və qızılı qovurun.
Kişmişi qaynar suda 2 dəq. isladın. Sonra kişmişi qurudun. Böyük bıçaqla kişmişi xırdalayın.

Toyuq plovu
 
Xırdalanmış kişmişi qovrulmuş soğanla qarışdırın.
Bişib soyumuş toyuqun bud və qanadlarının uclarını kəsin, bu elementlərlə toyuq estetik qörünmür. Kişmiş və soğanla toyuqun qarnını doldurun. Toyuqu bir tənzifə bükün (düyü toyuqa yapışmamaq üçün). Qoyun qırağa.

 
Düyünü hazırlayın. Qazanın dibinə yağ töküb lavaşı (qazmaqı). Sonra 2-2,5 sm düyünü tökün, belə ki qazmaq görünməməlidir. Tənzifə sarılmış toyuqu kürəyi yuxarı düyünün üstünə qoyun, bundan sonra qalan düyünü toyuqun üstünə tökün. Yağ və 1/4 stəkan qaynanmış su əlavə edin.Qazanın qabağını tənzifə bürüyüb (ya da dəsmalla) qoyun odun üstünə. Belə düyünün üstünə adətən zəfəran tökülməyir. Belə düyü toyuqsuz düyüdən daha çox bişir.
Toyuq plovu
 Düyü hazır olandan sonra kəfkirlə böyük boşqaba (bljuda) toyuqun üstündəki düyünü yığın, üstünə zəfəran tökün, toyuqu çıxardın, tənzifdən ayırın və plovla masaya verin. Toyuqun yanına bıçaq, həncəl və iç üçün qaşıq qoyun.
Adətən toyuqun altında olan düyünü qonaqlara vermirlər, amma inanın ki, bu düyü ən ləzzətlidir! Çünki ona toyuqun bütün tami çıxmışdır.
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!