Ət qutabı

Ət qutabı
Yeməklər
10.09.2017 136
Tərkibi:
Buğda unu
Su
Çəkilmiş ət (mal əti, olar yarı qoyun, yarı mal əti)
Baş soğan
Duz, istiot
Lavaşana

Lavaşana olmasa, su ilə qarışdırılmış tomat pastası
Hazırlanması:
Çəkilmiş əti və soğanı qarışdırın, duz və istiot qatın. Sonra lavaşananı və ya tomat pastasını bu kütləyə əlavə edib, kənara qoyun. Sonra xəmiri hazırlayın una biraz ilıq su və duz qatın. Xəmirdən xırda, 70-100 qramlıq kündələr yoğurun. Kündələri dəsmalın üstünə yığın, üstünü selofanla örtün ki, kündələr qurumasın. 5-10 dəqiqə kündələr beləcə qalır. Sonra kündələri diametri təxminən 1 metrədək yayın. Kiçik bir boşqabla (diametri təxminən 20 sm) açılmış xəmirin üstündə dairələr kəsin.  Xəmirin kəsilmiş hissələrini birləşdirib, yeni dairə kəsin. Beləliklə 6 dairə alınacaq. Hazırlanmış ət qiyməsi xəmir dairənin içinə qoyulur və aypara şəklində bükülür, qıraqlarını bərk-bərk yapışdırın. Qutablar yağda (bitki və yaxud əridilmiş kərə) qızardılır. Qutabları isti-isti süfrəyə qoyurlar. Qutabı sumaxla da təklif etmək olar. Qutabları yalnız ətlə deyil, eyni zamanda göyərtidən, boranıdan (balqabaq) hazırlayırlar.
 
Nuş olsun!  :nyam:

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!