Tərəvəz şorbası

Tərəvəz şorbası
Yeməklər
10.09.2017 18
Tərkibi:
10 stəkan su və ya ət suyu
1 ədəd kartof
1 ədəd kök
50 qr. marqarin
1 ədəd kərəviz
5-6 kök ispanaq
1 qəhvə fincanı düyü
1 ədəd soğan
1 çimdik duz 
1 su stəkanı süd
1 yumurta sarısı
Yarım ədəd limonun suyu
Hazırlanması:
10 stəkan suda rəndələnilmiş kök, kartof, kərəviz, doğranmış ispanağı qaynadın.
Əzilənə qədər bişirin. Tel süzgəcdən və ya blenderdən keçirin.
Rəndələnilmiş soğanı marqarində bir az qovurun, tündləşən  tərəvəzləri 5 stəkan qaynatma sunuyla birlikdə qovrulan soğanlara tökün. Qarışdırın.
Duz əlavə edildikdən sonra qaynayınca düyü tökün. 5 dəqiqə daha qaynadın.
Yumurta sarısını süd və limonla çırpın. Şorbanı asta-asta qarışdırıb atəşdən alın.

Nuş olsun!
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!