Beşamel souslu ətli makaron

Beşamel souslu ətli makaron
Yeməklər
10.09.2017 27
Ərzaqlar:
Yarım paket "borucuq” makaron
1 kasa doğranmış parmezan pendiri

Beşamel sousu
1/2 xörək qaşığı kərə yağı
1,5 xörək qaşığı un
1 stəkan süd
Duz
Qara bibər
Döyülmuş muskat

Ət sousu
200 qram çəkilmiş qoyun əti
1 baş doğranmış soğan
1 xörək qaşığı yağ
1 xörək qaşığı tomat
1 ədəd doğranmış pomidor
1/2 incə doğranmış cəfəri
Duz
Qara bibər
Müxtəlif ədviyyatlar

Hazırlanması:
Tavaya bir qədər su töküb qaynadın, makaron və duz atıb yaxşıca bişirin. Başqa qabda isə bir tavaya azacıq kərə yağı tökün, incə doğranmış soğan tökün, qoyun ətini əlavə edin, bişənə qədər qovurun. Bir qədər su əlavə edin, ədviyyatları və duzu töküb qarışdırın, ən axırda cəfərini əlavə edin.
Bişmiş makaronun suyunu süzün, makaronları yağlanmış şüşə qaba dzün. Makaronların bir-birinə yapışmaması üçün yumurta, parmezan pendiri və ya holland pendirindən istifadə edə bilərsiniz.
Yaxud da bir yumurta sındırıb çalın, makarona qatın və onları düzün. Makaronların hamısını düzəndən sonra aralarını və içlərini çay qaşığı ilə ahəstə şəkildə doldurun, qalan ətli sousu üzərinə tökün. Beşamel sousu üçün də tavaya kərə yağı atın, un əlavə edin, sonra yavaş-yavaş süd töküb qarışdırın. Məhlulun bircinsli olması üçün duz, qara bibər və muskat əlavə edərək qarışdırın. Alınmış sousu sonra ətli sousun üzərinə tökün, axırda doğranmış holland pendiri əlavə edin.
Bütün bunları sobaya qoyun, üstü qızarana qədər bişirin, bişəndən sonra şüşə qabdan çıxarın.

Nuş Olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!