Ev şəraitində lahmacun - RESEPT

Ev şəraitində lahmacun - RESEPT
Yeməklər
10.09.2017 41

Lazım olan ərzaqlar


1) 3,5 stəkan un
2) yarım paket yaş maya
3) duz
4) su
 

İÇ ÜÇÜN:


1) 300 qr. yağlı qiymə
2) 2 bibəri
3) 1 soğan
4) 1 pomidor
5) 1 tutam cəfəri
6) 1 xörək qaşığı tomat
7) zeytunyağı
8) duz

HAZIRLANMASI:


Unu qarışdırma kabına əlavə edib və ortasını hovuz kimi açırıq.
Mayanı ortaya qoyuruq. Unun üzərinə duz səpirik. Mayanın üzərinə də bir
az ilıq su tökürük və mayanı əridirik. Ortadan kənarlara doğru yavaş
yavaş açılaraq xəmiri yoğururuq.
Qulaq məməsi yumşaqlığında bir xəmir əldə edirik. Xəmiri kiçik kündələrə bölürük və yumrulayırıq.
Qiymənin üzərinə bibərləri, soğanı, pomidoru və cəfərini incə incə doğrayıb tökürük.
Tomatı, duzu da əlavə edirik. Az zeytunyağı tökürük və yoğururuq.
Xəmirləri nazik nazik açırıq. Yağlanılmış soba qabına açdığımız
xəmirlərdən qoyuruq. Nə qədər sığsa o qədər qoyuruq. Üzərlərinə içdən
qoyuruq və əlimizlə yayırıq. Əvvəldən isidilmiş 180 dərəcəlik sobada
bişiririk.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!