Badımcanlı gül börək

Badımcanlı gül börək
Yeməklər
10.09.2017 30
Tərkibi (6 pay): 

3 yuxa (hazır xəmir)
3 badımcan 
1 limonun suyu
100 q holland pendiri 
2 x.q. kərə yağı 
2 x.q. un 
2 su st. süd
duz
qara istiot 

sous: 
1 yumurta 
1 su st. süd

Badımcanları yuyun, qurulayın, közləyin. İçini çıxarıb limon şirəsində saxlayın. 

Bir qazanda kərə yağıyla unu qovurun. Daim qarışdıraraq üzərinə süd tökün. Qatılaşanadək bişirin. 

Limonlu suda saxladığınız badımcan içini süzün. Duz, qara istiot, sürtgəcdən keçirilmiş pendirlə birlikdə unlu südə əlavə edin. 

Yuxaları iri üçbucaq şəklində kəsin. Hər birinin geniş kənarına iç qoyub borucuq kimi bükün. Bir ucundan başlayaraq spiral kimi büküb gül şəkli verin. 

Yağlanmış siniyə düzün. 1 yumurta ilə 1 st. südü çalın, börəklərin üzərinə bolluca çəkin (artıq qalmasın). 190 dərəcə qızdırılmış sobada üstü qızaranadək bişirin. Hazır olandan 5 dəqiqə öncə çıxarıb, üzərinə sürtgəcdən keçirilmiş pendir səpib yenidən sobada qızarıncayadək bişirə bilərsiniz.

Nuş olsun! :11:  
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!