Badımcan kotleti

Badımcan kotleti
Yeməklər
10.09.2017 31
Tərkibi (3-4 pay): 

400 q badımcan 
60 q çörək içi
40 q qoyun pendiri
1 diş sarımsaq 
reyhan 
3 x.q. zeytun yağı
1 çili istiotu

Badımcanın qabığını soyun, xırda kubik doğrayın.
Zeytun yağında çox xırda doğranmış çili istiotu ilə qızılı rəng alanadək qovurun. Sonra badımcanı salfetin üstünə qoyun ki, izafi yağını hopdursun.  Sarımsaq və reyhanı xırda doğrayın.Badımcanı çəngəllə əzin.
Xırdalanmış çörək içi, sürtgəcdən keçirilmiş pendir, sarımsaq və reyhanla qarışdırın.
Qarışıqdan kotet tutub zeytun yağında qızardın.Süfrəyə isti-isti verin.
Nuş olsun! 
 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!