İsmayıllı mətbəxindən pip dolması

İsmayıllı mətbəxindən pip dolması
Yeməklər
10.09.2017 210
 Lazım olan ərzaqlar
Qoyun əti – 108 q.
Düyü – 30 q.
Baş soğan – 20 q.
Göyərti (keşniş, şüyüd və nanə) – 15 q.
Vələs-(Pip) yarpağı – 40 q.
Qatıq – 20 q.
Ərinmiş yağ – 10 q.
Duz
İstiot
Darçın
Hazırlanma qaydası
Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ət-çəkən maşından keçirilir. Qiyməyə yumuru düyü, xırda doğranılmış göyərti (keşniş, şüyüd, nanə), duz, istiot və bəzi hallarda isladılmış noxud ləpəsi qatılır.
Təzə vələs-(pip) yarpaqları qaynar suda pörtlədilir, duza qoyulmuş yarpaqlar isə yarımhazır vəziyyətə gəlincə suda bişirilir. Qiymə yaxşı qarışdırılır. Hər yarpağa orta hesabla 25 q. qiymə bükülüb qazana yığılır, üzərinə su tökülüb hazır olana kimi (bir saat) bişirilir. Stola verildikdə ayrıca qabda qatıq qoyulur..

Nuş olsun !скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!