Pendirli bükmə

Pendirli bükmə
Yeməklər
10.09.2017 28
Xəmir üçün: 
200 ml süd 
1 ç.q quru maya
1 ç.q şəkər tozu (şirin istəyirsinizsə, 2-3 qaşıq)
300 q un 
2 x.q qoxusuz bitki yağı

İç:
10 ədəd hamburger üçün ərinmiş pendir

Hazırlanması:
İsti südə maya və şəkər tozunu əlavə edin. Şişəndən sonra yağ və unu əlavə edin. Bərk olmayan xəmir yoğurun.  Xəmir qalxandan sonra 10 yerə bölün. Hər kündəni 2-3 mm qalınlıqda dördbucaqlı şəkildə yayın. Rahat olsun deyə bitki yağı çəkilmiş taxtanın üstündə yayın. Orta hissəsində bərabər məsafədə paralel kəsiklər qoyun. Pendiri bir başından qoyub, rulet kimi bükün (bərk sıxmayın). Kənarlarını bərkidin.
Perqament döşənmiş siniyə "tikişi" üzüaşağı olmaqla qoyun. 20-25 dəqiqə saxlayın. Yumurta sarısını azca südlə qarışdırıb üstünə çəkin. 210 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. 

Nuş olsun! :11:  скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!