Sosiskalı tomat şorbası

Sosiskalı tomat şorbası
Yeməklər
10.09.2017 5
Ərzaqlar:

5-7 ədəd sosis

2 baş soğan

2 diş sarımsaq

1 banka marinə pomidor

1 banka ağ lobya

reyhan (və yaxud cəfəri)

parmezan pendiri

makaron

zeytun yağı

1 l toyuq bulyonu

Toyuq əti (istəyə görə)



Hazırlanması:


Toyuq ətini bişirin, bulyonu tənzifdən süzün. Soğanı xırda doğrayıb sosislərlə birlikdə qızardın. Soğanın rəngi şəffaflaşanda doğranmış sarımsağı, sonra isə qabığı soyulmuş pomidorları əlavə edin. Üzərinə 1 litr toyuq bulyonu tökün. Zəif ocaqda 25-30 dəqiqə bişirin. Sonra lobyanı və makaronu, bişmiş toyuq ətini əlavə edin. Hazır olanadək bişirin. Duzlayıb, istiotlayın. Süfrəyə verərkən üzərinə göyərti və sürtgəcdən keçirilmiş parmezan pendiri  səpin.



Nuş olsun!

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!