Əvəlik aşı

Əvəlik aşı
Yeməklər
10.09.2017 91
Lazım olanlar:

əriştə
əvəlik
soğan
lobya
yağ
istiot
qatıq (qurut)
sarımsaq

Hazırlanma qaydası: 
Bir gün əvvəlcdən quru lobya bol suda isladılmaq üçün buraxılır.
Soğan doğranır, yağda yüngül qızardılır.
Bir gün əvvəlcədən islağa qoyulmuş lobyalar süzülüb yuyulur. Yağla soğana əlavə edilir və biraz su qoyularaq qaynadılır. Bu arada əvəlik doğranır və üzərinə qaynar su tökülür.
Lobya bişdikdən sonra əvəlik əlavə edilir. Biraz qaynadıqdan sonra əriştə də əlavə edilir. Az qaynadılır. Yeməyin bişməsinə az qalmış duz əlavə edilir.
Süfrəyə verilən zaman üzərinə istəyə bağlı olaraq istiot, sarımsaqlı və ya sarımsaqsız qatıq əlavə edilə bilər.

Nuş olsun !скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!