Xəmirdə toyuq budu

Xəmirdə toyuq budu
Yeməklər
10.09.2017 13
 
Tərkibi: 


Xəmir: 



250 q un

0,75-1 st. qatıq 

0,5 ç.q. soda 

bıçağın ucunda duz 



Qiymə: 



500 q toyuq əti 

1 baş soğan 

duz

qara istiot 

1 qutu duzlu çubuq 

bitki yağı (qızartmaq üçün )



Hazırlanması:



Qatıq, soda, duz və undan xəmir yoğurun. Xəmir yumşaq olmalı, ələ yapışmamalıdır. 

Toyuq ətini baş soğanla birlikdə ət maşınında çəkin. Duz, istiot vurub yoğurun, bir neçə dəfə kündə tutub masaya çırpmaqla döyün. 

Xəmiri 1 mm qalınlıqda yayın, 3 sm enində şəridlər kəsin. 

Qiymədən götürüb duzlu çubuğun ətrafına toyuq budu forması verməklə bərkidin. 

Sonra xəmir şəridi ilə sarıyın.

Hamısı hazır olduqdan sonra "bud"ların yarısınadək batacağı səviyyəyədək tavanın içinə bitki yağı tökün (təxminən 1-1,5 sm hündürlükdə). 

Yağı yaxşıca qızdırın, "bud"ları içində hərtərəfli qızardın. 



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!