Manisa kababı

Manisa kababı
Yeməklər
10.09.2017 13
 
Tərkibi: 


2 st. un 

1 x.q. qatıq 

2 x.q. bitki yağı

duz

0,5 armudu st. dolmalıq fıstıq



İç: 

1 kq yağsız quzu əti 

1 x.q. kərə yağı 

0,5 kq xırda soğan 

2 qırmızı bibər 

1 armudu st. su

duz

istiot

kəklikotu



İç: 



Qazanda kərə yağını qızdırıb quşbaşı doğranmış quzu ətini qızarıncayadək bişirin. 



Qabığı soyulmuş xırda (arpacıq) soğanları əlavə edib birlikdə qovurun. Xırda doğranmış qırmızı bibər və suyu əlavə edin. Vam odda 1 saat, ət suyunu çəkənə qədər bişirin. Sonda duz, istiot və kəklikotu əlavə edib qarışdırın. Soyudun. 



Xəmir: 



Ələnmiş unun ortasını çalalayın, qatıq, bitki yağı və duz əlavə edib yumşaq xəmir yoğurun. Üzərinə nəm dəsmal çəkib 15 dəqiqə saxlayın. 



30x30 sm ölçüdə yayın. Yağlanmış odadavamlı şüşə siniyə dolmalıq fıstığı səpin. Xəmiri içinə yerləşdirin (kənarları sallansın). 



Soyumuş içi bunun içinə qoyub xəmirin kənarlarını üzərinə örtün. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada qızarıncayadək bişirin. 



Sobadan çıxarıb bir qədər soyudun, sonra buluda tərs çevirin. Dilimləyin. 



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!