Albuxarılı lülə-kabab

Albuxarılı lülə-kabab
Yeməklər
10.09.2017 28
Tərkibi: 



albuxarı (qara gavalı, dənəsiz)

700 q mal qiyməsi 

300 q toyuq qiyməsi 

1 baş soğan 

1 yumurta

duz, istiot, ədviyyat - zövqə görə 

200 q qat-qat xəmir 



Şişlərin hərəsinə 1 lüləyə 1 qara gavalı hesabı ilə albuxarıları taxın. Əgər şiş taxtadandırsa, gavalıları əvvəlcədən suda 30 dəqiqə saxlayın. 




Mal, toyuq ətləri, soğandan qiymə hazırlayın, duz, istiot, ədviyyat əlavə edin, şişdəki albuxarıların üzərini örtməklə lülə hazırlayın. 




Yağlı qat-qat xəmiri 1 mm qalınlıqda yayın. Sonra nazik şəridlərə bölün. Şişin ucundan başlayaraq lülələrin üzərinə dolayın. 




Siniyə bir az su və bitki yağı tökün. Hazır lülələri siniyə düzün. 180 dərəcə qızdırılmış sobada qızaranadək bişirin.





Nuş olsun! 
 
 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!