İspanaqlı roll

İspanaqlı roll
Yeməklər
10.09.2017 7
 
Tərkibi: 


400 q təzə və ya dondurulmuş ispanaq 

5 yumurta

3 x.q. un

200 q qaymaqlı pendir

1 ç.q. qabartma tozu

3 diş sarımsaq 

80 q parmezan pendiri

12 günəşdə qurudulmuş pomidor 

duz

kəklikotu


Hazırlanması :


Sobanı 180 dərəcə qızdırın.



Qaynayan suya az-az ispanaq qoyub 2 dəqiqə bişirin. Kəfkirlə çıxarıb bir qaba yığıb soyudun. Sonra bıçaqla xırdalayın. 



Yumurtaların ağını sarısından ayırın. 



Yumurta sarısını 50 q qaymaqlı pendir, un, duz, qabartma tozu və soyuyub doğranmış ispanaqla yaxşıca qarışdırın. Yumurta ağlarını da əlavə edib yenə qarışdırın.



Alınan ispanaqlı qarışığı perqament döşənmiş formaya tökün, hamarlayın. Nazik qat alınacaq. 



4-7 dəqiqə bişirin. 



İç: 



Qalan qaymaqlı pendiri 50 q parmezan, kəklikotu və xırda doğranmış sarımsaq ilə qarışdırın. Əgər kəklikotu təzədirsə, onu çox xırda doğrayın. 

Günəşdə qurudulmuş pomidorları saman kimi doğrayın. 

Masanın üstünə folqa salın. İspanaqlı korju elə perqamentlə birlikdə üzərinə qoyun. Üzərinə iç çəkin. Pomidorları bərabər qaydada düzün. Perqamenti aralayaraq səliqə ilə rulet kimi bükün. 

Roll soyuyandan sonra folqanı da üstünə bükün, soyuducuda 10-12 saat saxlayın. 

Süfrəyə verərkən üzərinə parmezan səpin. 



Nuş olsun!  :nyam:
 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!