Düşbərə bişirəkmi?

Düşbərə bişirəkmi?
Yeməklər
10.09.2017 18
Xəmir üçün:

3 st un

1 yumurta

1/2 ç.q duz

Təxminən 1 st su

Yuxaları yaymaq üçün:

2-3 x.q un

İçlik üçün:

250-300 q soğanla çəkilmiş qoyun əti (250-300 qr ət ilə 1 ədəd balaca

baş soğanı maşından keçirin)

Duz

Suyu üçün:

2 ədəd baş soğan

2 x.q əridilmiş kərə yağı

4 l su ya da ət bulyonu

Duz (zövqə görə)

İstiot (zövqə görə)

Nanə qurusu (ya da təzə keşniş)

Hazırlanması:

Unu ələyib duz səpib yumurtanı sındırırıq və sudan töküb əvvəl qaşıqla sonra əlimizlə


qarışdırıb normal xəmir yoğururuq.Xəmirdən 3 kündə düzəldirik.Nazik yuxadan bir az qalın yuxa yayırıq.2x2 sm qalınlıqda kvadratlar kəsib 2-3 q içlikdən qoyub şəkildəki kimi bükürük.3 yuxanın üçünü də yayıb kəsib içlik qoyub bükürük.Soğanı doğrayıb duz səpib yağda qızılı rəngdə olana qədər qızardırıq.
Qızardılmış soğanın üstünə suyu (bulyonu) əlavə edib duzunu tökürük. Su (bulyon)

qaynayanda bükdüyümüz düşbərələri tez-tez tək-tək suya tökürük. Tökdükcə

qarışdırırıq ki, bir birinə yapışmasın. Duzuna bir də baxırıq. 15-20 dəqiqə qaynadırıq
Hazır olana yaxın nanə qurusunu əlavə edirik. Zövqə görə düşbərəni süfrəyə verəndə

yanında sarımsaqla sirkə qoyulur. (Sarımsaq əzilib sirkə ilə qarışdırılır)


Qeyd: Əgər bulyon yoxdursa yeməyiniz daha da dadlı olmasını istəyirsinizsə, düşbərələri

tökəndən sonra hazır quru bulyondan bir ədəd ovub tokə bilərsiniz.



Nuş olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!