Sosiskalı qarnı yarıq börək

Sosiskalı qarnı yarıq börək
Yeməklər
10.09.2017 53
Ərzaqlar:

2 ədəd börək yuxası

4 ədəd sosiska

2 ədəd pomidor

1 ədəd şirin bibər

1 baş soğan

1 ədəd yumurta

1/2 st süd

1/2 st birki yağı (arzuya görə yağın yarısını əridilmiş kərə yağı istifadə edə bilərsiniz)

Duz

Istiot

Hazırlanması:

Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.

Soğana duz və yağ əlavə edib qızılı rəngdə olana qədər qızardırıq.

Sosiskalari nazik halqa doğrayırıq.

Doğranmış sosiskaları qovrulmuş soğana əlavə edib 5-10 dəqiqə qovururuq.

Pomidoru yuyub təmizlədikdən sonra qabığını soyub xırda doğrayırıq.

Bibəri yuyub təmizlədikdən sonra xırda doğrayırıq.

Qovrulmuş sosiskanın üstünə bibər ilə pomidoru əlavə edib suyu çəkilənə qədər qovururuq.

Zövqə görə duz və istiotunu tökürük.İçliyimiz hazırdı.

Yumurta ağını, südü və qalan yağı qarışdırırıq.Yumurta sarısını üzünə saxlayırıq.

Yuxanın birini sərib qarışıqla isladırıq.İkinci yuxanı da sərib qalan qarışıqla isladırıq.

Yuxanı bıçaq vasitəsilə 8 hissəyə kəsirik.

Yuxanın enli tərəfinə içlikdən qoyub bükürük.

Qaba kağız sərib yığdıqdan sonra üstünə yumurta çəkib bıçaq vasitəsilə ortadan az kəsirik. Üstünə çörəkotu səpirik.

210 dərəcə qızdırılmış sobada üzü tamam qızaranadək bişiririk.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!