İspanaqlı üçbucaqlar

İspanaqlı üçbucaqlar
Yeməklər
10.09.2017 23
Ərzaqlar


500 qr ispanaq
500 qr un ( təxminən 4,5-5 su stəkanı )
1 paket instant maya
1 çay qaşığı duz
1 çay qaşığı şəkər
2 yumurta ( birinin sarısı üzəri (üstü) üçün ayrılacaq )
250 qr yumşadılmış kərə yağı


İçi üçün : 150 qr ağ pendir
Üzəri üçün : Ayırdığımız bir yumurta sarısı
 
Hazırlanması


Ispanaqları yuyun, xırda xırda doğrayın, 1 çay qaşığı duz ilə ovun suyu çıxsın. Süzgəcə qoyun gözləyin suyu yaxşıca süzülsün.
Unu maya ilə yaxşıca qarışdırın . Ardından duz, şəkər və ispanaq əlavə edib yaxşıca qarışdırın. 1 ədəd yumurta, bir yumurtanın ağı və marqarin də üzərinə əlavə olunaraq yaxşıca yoğurun.
Xəmiri oxlov (mərdanə) ilə açın 7 × 7 sm ölçülərində, dört bucaq şəklində kəsin. Ağ pəndiri sürtqəçdən kəçirin. Hər bir xəmirin ortasına pendir rəndəsi qoyun üçbucaq şəklində bağlayın.
Yağlanmış soba qabına düzün və 20 dəqiqə ilıq bir mühitdə mayalanması üçün gözlədin. Üzərlərinə yumurta sarısı sürtülərək istəyə görə küncüt (susam) səpin. Əvvəldən isidilmiş sobada qızarana dək bişirin.


Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!