"Şahmat" qəlyanaltısı

Yeməklər
10.09.2017 28
Tərkibi: 
blinçiklər (istənilən reseptlə öz zövqünüzə görə hazırlaya bilərsiniz)
kahı
bişmiş ət (mal, toyuq)
qızardılmış soğan 
xırdalanmış qoz 
sürtgəcdən keçirilmiş pendir (zövqünüzə görə)
sarımsaq (pendirli iç üçün)
mayonez
duz
Hazırlanması
Qəlyanaltını hazırlayacağınız qabın içinə qida plyonkası çəkin. Kənarları asılı qalsın.
 

 Nazik blinçiklər bişirin. 

Bir neçə blinşiki hazırladığınız qabın içinə yığın, kənarları sallansın.
 
Blinçiklərin içinə qovrulmuş soğan, qoz və mayonezlə qarışdırılmış ət maşınından keçirilmiş əti yığıb rulet kimi bükün. 

 
Kahı yarpaqlarının içinə sarımsaq və mayonez qatılmış sürtgəcdən keçirilmiş pendir qoyub rulet kimi bükün.
 
Sonra rületləri rənglərinə görə növbələyərək yan-yana və üst-üstə elə yığın ki, kəsimdə şahmat lövhəsini xatırlatsın.
 
Altdakı blinçiklərin sallanan kənarlarını qəlyanaltının üstünə çəkin (bununla da sanki onu tamamilə bələyirsiniz). 

Qida plyonkasını üstünə çəkin, ən azı 10 saat yük altda saxlayın. 

Qeyd: bu qəlyanaltı üçün çox böyük qab götürməyin, o zaman həm ərzağınız çox gedəcək, həm də kəsimdə lazım olan effekti almaq çətin olacaq. 

Süfrəyə verməzdən əvvəl yastı buluda tərs çevirin. Doğrayın.
 

 
 

 Nuş olsun!                                                                                                                      скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!