Qaymaqlı qayıq

Qaymaqlı qayıq
Yeməklər
10.09.2017 63
Tərkibi: 
Təzə, yaxud dondurulmuş skumbriya
1 baş soğan 
Tərəvəz (gülkələm, bəyaz lobya və yaxud digər sevdiyiniz tərəvəz)
100 ml 20%-li qaymaq
Şampinyon 
50-70 q pendir 
1-2 x.q. limon şirəsi 
Kərə yağı
Göyərti
Duz
İstiot
 
Hazırlanması:
1.Balıq buzludursa, donunu açın. Belindən başlayaraq təmizləyin: başından kürək üzgəcinin bir böyrünədək iti bıçaqla kəsik atın. Sonra o biri tərəfindən də eyni cür, paralel kəsik atın. Nəticədə balığın bel sümüyü filedən aralanacaq. Qayçı ilə sümüyü baş və quyruq hissədən kəsib çıxarın. 
2.İçini, qabırğa sümüklərini və qəlsəmələrini, qara pərdəni təmizləyin. 
3.Xırdalanmış soğanı bitki yağında qovurun. 
4.Xırda doğranmış göbələyi əlavə edin, hazır olanadək bişirin. 
5.Tərəvəzləri ayrılıqda bişirin, duz, istiot vurun. Göbələklə qarışdırın. Doğranmış göyərti əlavə edib qarışdırın. Bunu skumbriyanın içinə dolduracaqsınız. 
6.Balığın qarın hissəsini yağlanmış siniyə qoyun. Quyruğunun yanına diş çöpləri batırıb qayıq formasına salın. Duz, istiot vurun. İçinə və üstünə limon şirəsi çəkin. 
7.Tərəvəzli içi balığın içinə doldurun. Üzərinə sürtgəcdən keçirilmiş pendir səpin. Qaymaq tökün. 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin.
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!