İtalyansayağı badımcan döşəməsi

İtalyansayağı badımcan döşəməsi
Yeməklər
10.09.2017 9
Tərkibi:(6 pay)

3 badımcan

5-6 pomidor 

1 baş soğan 

8-10 ədəd yaşıl zeytun

40 qram kapers

50 ml zeytun yağı (15 q badımcan üçün, 35 q soğanı qovurmaq üçün)

40 q parmezan pendiri 

120-150 q motsarella pendiri 

1 çimdik quru göyərti (ədviyyat)

Duz (Zövqə görə)

4 diş sarımsaq 

Qara istiot 

25-30 ml balzamik sirkə 

1 x.q şəkər tozu 

 
Hazırlanması:Badımcanları uzunasına doğrayın, 10-15 dəqiqə suda saxlayın, çıxarıb qurulayın. Siniyə düzün. Üstünə yağ gəzdirib sobada, 180 dərəcədə 30 dəqiqə bişirin. Qalan yağda xırda doğranmış soğanı, zeytunu, kapersləri qovurun, 5 dəqiqə sonra ədviyyat, quru göyərti, balzamik sirkə, şəkər tozu əlavə edin (yaxşı olar ki, bunları dadına baxa-baxa əlavə edəsiniz). Bir qədər sonra götürün. 

Pomidorları halqa doğrayın.

Motsarellanı halqa doğrayın.

Badımcanın üstünə pomidorları, soğanla tərəvəzləri, motsarellanı düzün. Üstünə parmezan səpin. Sobada 10-12 dəqiqə bişirin.


Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!