Kartoflu börək

Kartoflu börək
Yeməklər
10.09.2017 42
Ərzaqlar:
4 ədəd yuxa
1 s. st. duru yağ
1x/q. sirkə
3 x/q. un

İç xərci üçün:
4 ədəd kartof
2x/q. duru yağ
1 ədəd soğan
1 ç./q. nanə qurusu
qarabibər, duz
Üzəri üçün;
1 ədəd yumurta

Hazırlanması:
Kartofları suda soyutma bişirin. Qabıqlarını təmizləyərək xırda xırda doğrayın. Soğanı istərsəniz sürtgəçdən keçirin, istərsənizdə xırda xırda doğrayın.Duru yağda qızartdıqdan sonra kartofu əlavə edin.Üzərinə duz və ədviyyatları əlavə edib, qovurun və soyumaya buraxın.
Duru yağ, sirkə un və duzu qarışdıraraq qatı bir sous hazırlayın.
yuxalardan birini sərin və sousdan 3- 4 x/q. töküb fırça ilə yayın. İkinci yuxanı da sərərək yenə üzərinə sous tökün.(Bu zaman sirkənin qoxusu gələ bilər, ama bişdikdən sonra çox gözəl olur.)
2 qat sərdiyiniz yuxaları pizza dilimi şəklində 12 parçaya bölün. Üçbucaq şəklindəki yuxaların enli tərəfinə kartofu qoyuruq və siqaret kimi bükürük. Bütün börəkləri bitirdikdən sonra üzərinə yumurta sarısı sürərək 180 dərəcədə üstü qızarana qədər bişirirk. 
NUŞ OLSUN!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!