Kartof kroketi

Kartof kroketi
Yeməklər
10.09.2017 26
Tərkibi:
2 kartof
bitki yağı
0,5 çay qaşığı karri
Duz
İstiot
1 yumurta
0,5 stəkan un 
1 stəkan narın suxarı
 
Hazırlanması
Kartofu bişirin, soyudub püre hazırlayın. Yağı tavada qızdırın. 
Kartof püresini karri ilə qarışdırın. Duz, istiot vurun. 3 dərin olmayan kasa götürün. Birinə yumurtanı qırın, ikinciyə un, üçüncüyə suxarı tökün. 
Kartofdan balaca kökələr tutun. Hər birini una batırın, unun artığını səliqə ilə təmizləyin. Sonra çalınmış yumurtaya, ardınca suxarıya batırın.
Suxarının bir qədər kökəyə batmasına çalışın. 
Kartoflu kökələrin hər iki üzünü qaynar yağda 2-3 dəqiqə qızardın. 
Kağız salfetin üstünə düzüb artıq yağının axmasını gözləyin. 
Süfrəyə sevdiyiniz souslardan biri ilə verə bilərsiniz. 
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!