Çiçək börəyi

Çiçək börəyi
Yeməklər
10.09.2017 34
Tərkibi:
4 st un
2 ədəd yumurta
200 q qaymaq
100 q kərə yağı
Yarım stəkan duru yağ
1 x.q maya
Duz
Apardığı qədər süd

İçi üçün:

Soyutma kartof
Keşniş
Şüyüd
Soğan
Duz
İstiot
Üzəri üçün:
1 ədəd yumurta
Küncüt
Hazırlanması:
Ərzaqları qarışdırıb yumşaq xəmir yoğururuq və mayalanmağa qoyuruq.
Mayalandıqdan sonra 2 kündəyə bölürük.
İçliyi hazırlamaq üçün soyutma kartofu əzirik, göyərtini xırda-xırda doğrayırıq.
Əzilmiş kartofu, doğranmış göyərtini, soğanı, duz və istiotu qarışdırırıq.
Kündənin birini yayırıq.
Listə kalka kağızı qoyuruq və yağlayırıq.
Yayılan xəmiri listin içinə qoyuruq.
Xəmirin ortasına 1 kasa kartofdan qoyuruq, qıraqlarına da halqa formasında kartof püresini qoyuruq.
İkinci kündəni yayıb kartofun üzərindən qoyuruq, qıraqlarını kəsirik ki, səliqəli olsun.
Börəyin ortasına kasanı qoyuruq. Qıraqlarını 2 barmaq qalınlığında kəsirik.
Çiçəyin ləçəklərini düzəldirik. Bunun üçün kəsilmiş hissələri yan üstə çeviririk.
Çiçəyin ortasına yumurtanın sarısını vurub küncüt səpirik, ləçəklərinə yumurtanın ağını çəkirik.
180 dərəcəli sobada bişiririk.Çiçək börəyimiz hazırdır.
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!