Dadlı kartof ruleti

Dadlı kartof ruleti
Yeməklər
10.09.2017 33
Tərkibi
1 kq kartof
2 yumurta
1 soğan 
1 yerkökü
1 pomidor 
0,5 qırmızı və 0,5 sarı bibər 
1 badımcan 
Bitki yağı 

Hazırlanması:
Kartofu duzlu suda bişirin, bir qədər soyudun və isti-isti ət maşınından keçirin. Çiy yumurta əlavə edib qarışdırın. Su ilə isladılmış qida plyonkasının üstünə döşəyin. 
Tərəvəzləri xırdalayıb bitki yağında qovurun. Soyudun. 
Tərəvəzləri kartof püresinin üstünə qoyun, plyonkanın köməyilə rulet kimi bükün. 
Ruleti yağlanmış formaya qoyun, üzərinə çalınmış yumurta çəkin, çəngəllə bir neçə yerdən deşikləyin. 180-200 dərəcə qızdırılmış sobada, üzəri qızaranadək bişirin. 

 
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!