Kütüm ləvəngi

Kütüm ləvəngi
Yeməklər
10.09.2017 12
Lazım olan ərzaqlar:

İri kürülü kütüm

Qoz - 0,5 kq

Soğan - 3 ədəd

1 dəstə çöldə bitən zincilov

Duz, istiot, sumax, alça, ya göyəm turşusu



Hazırlanma qaydası:


Kütüm yuxarıdakı qaydada təmizlənib yuyulur.
İçərisinin dərin əti
bıçaqla kəsilir ki, yaxşı duz, istiot götürsün.
Sonra yaxşıca
istiotlanıb duzlanır, turşulanır.
Əvvəlcə ayrıca qoz, sonra soğan
ətçəkən maşından kecirilir.
Çəkilmiş soğan tənzifdə sıxılaraq suyu
çıxarılır, çəkilmiş qoza qatılır.
Kürünün də pərdəsi kürüdən ayrılır,
xırda doğranmış zincilova qatılır.
(Zincilov özünə məxsus iyi və dadı
olan otdur, çöldə bitir. )
Sonra bunlar bir-birinə qatılaraq yaxşıca
qarışdırılır.
 Bu qarışığa duz, istiot, turşu da vurulur.
Kütüm tavaya
arxası üstə qarnının kəsilmiş hissəsi aralanaraq qoyulur , sonra
qulaqları və qarnı hazır ləvəngi ilə doldurulur.
Balıq 180 dərəcədə
elektirik peçində bişirilir. Başqa yerlərdən fərqli olaraq bizdə balığın
qarnı tikilmir.
Axır çərşənbədə Lənkəranda
balığın başı yeyilməz. Bişən kimi balığın başı gövdəsindən ayrılır və
çərşənbə xonçasına ağzına qızıl qoyaraq qoyurlar.
 Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!