Pendirli Kartof Püresi

Pendirli Kartof Püresi
Yeməklər
10.09.2017 42
 

Ərzaqlar:
5 orta ölçülü kartof (nişastalı kartof məsləhət görülür)
60 qrama yaxın kərə yağı
Yarım stəkan süd
1 stəkan sürtkəcdən keçirilmiş Kaşar pendiri (Provolone və ya Mozarella da olar)
Duz
İstiot

Hazırlama Qaydası:
Kartofları yuyub orta ölçülü qazana yerləşdirin. Üstü örtülənədək su ilə doldurun, qaynadıb bişirin (kartoflar yumuşalana qədər, təqribən 30 dəqiqə). Suyunu süzüb isti-isti qabığını soyun. Eyni qazanda kartofları kartof əzənlə püre halına gətirin, kartof hələ istiykən yağı da elavə edin, əriyənə qədər qarışdırın. Bir az süd əlavə edib bir az da qarışdırın. Yağ və südün miqdarını zövqə görə dəyişə, artıra da bilərsiniz.
Daha sonra qazana pendiri əlavə edib qazın üstündə orda odda pendir əriyənə qədər tez-tez qarışdırmaq şərti ilə bir neçə dəqiqə qızdırın. Zövqə görə duz və istiotunu əlavə edin və dərhal süfrəyə verin.
 
Nuş Olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!