Sürprizli kartof

Sürprizli kartof
Yeməklər
10.09.2017 26
Tərkibi (2 pay):

4 bişmiş kartof

4 bildirçin yumurtası

50 q bərk pendir

Duz

İstiot
 Hazırlanması

Bu təamın hazırlanmasında həm xırda, həm iri kartofdan istifadə edə bilərsiniz. İri kartofu iki yerə bölmək lazımdır.

Kartofu bişirib soyudun, qabığını təmizləyin. Çay qaşığı ilə içini çıxarın.

Hər birinin içinə bildirçin yumurtası qırın. Duz, istiot vurun.

Pendiri sürtgəcin iri gözündən keçirin. Kartofların üzərinə səpin. 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin.
 Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!