Şami

Şami
Yeməklər
10.09.2017 21
 

Ərzaqlar:

1 kg sümüksüz, yağsız qoyun əti

2 ədəd orta baş soğan – qabığını soyun, bütöv qalsınlar

2 ədəd yumurta

zövqə görə duz

zövqə görə istiot

təxminən üçdə bir stəkan duru yağ – qızartmaq üçün



Hazırlanma Qaydası:

Əvvəlcə əti və bütöv soğanları bir qazana qoyun. Üstünə ərzaqları örtəcək qədər su tökün. Bir çimdik duz atın. Qaynadın və təxminən 30 dəqiqə bişirin. Ət tamamilə bişməlidir. Qazanın suyunu süzün (suyunu düşbərə üçün istifadə edə bilərsiniz). Əti və soğanları ət çəkən maşından keçirin. Sonra bir qaba qoyun. Üzərinə yumurta, duz, istot əlavə edib, yaxşıca yoğurun.

Alınan kütlədən nə çox yastı, nə də çox qalın olan uzonsov və ya yumru küftəciklər düzəldin. Təxminən 18-20 ədəd şami alınmalıdır.

Tavada yağı qızdrın və şamini yağda qızardın . Plov və ya çörəklə süfrəyə verin (Lənkəranda plovla verilir).


Nuş Olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!