Tavada pizza

Tavada pizza
Yeməklər
10.09.2017 33
Ərzaqlar

1 armudu stəkan qatıq

3 armudu stəkan un

2 -3 yemək qaşığı duru yağ

1 yumurta

1 çay qaşığı qabartma tozu

Duz



Sous:

1 yemək qaşığı tomat

1 şirin qaşığı kəklikotu

2 yemək qaşığı duru yağ

Bir az su



Üzəri üçün:

Göbələk, sosiska, kolbasa, zeytun, holland pendiri kimi sevdiyiniz vəsaitlər



Hazırlanması:

Bütün vəsaitləri bir qabda qarışdıraraq yoğurun.
Xəmir qaşıqla tavaya
yayılacaq şəkildə konsistensiyada olmalıdır (nə bərk, nə də çox axıcı)Yağladığınız teflon bir tavaya xəmiri qaşıqla yayın.

Sonra sous vəsaitlərini ketçap konsistensiyas alınana qədər qarışdırıb xəmirin səthinə çəkin.

Üzərinə sevdiyiniz ərzaqları yerləşdirib ən üstünə də rəndələnilmiş holland pendirini səpib qapağını bağlayın.

Alçaq atəş üzərində bişirin.



Nuş olsun !



/Mənbə.Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!