Çöp kababı

Çöp kababı
Yeməklər
10.09.2017 8
 
 
Ərzaqlar

Bayat Çörək İçi

5 ədəd acı bibər

Duz

3 Diş Sarımsaq

bir dəstə cəfəri

2 ədəd Pomidor

5 ədəd Badımcan

Qara bibər

500 qr. Qıyma

1 ədəd Soğan





Badımcanları alacalı soyub uzunlamasına kəsin. Duzlayıb gözlədin.

Bu arada küftə ətini hazırlayın.

Soğanı və sarımsağı rəndələyib içinə qıyma, parçalanmış çörək içi, xərda doğranmış cəfəri, qara bibər, və duzu əlavə edib yoğurun.

Hazırladığınız ətdən qozdan bir az böyük toplar hazırlayıb yumrulayın.

Badımcanları yaxşıca süzüb maye yağda o üz qızarbu üz qızardın.

2 Dilim badımcanı üstəgəl şəklində üst üstə qoyaraq ortasına küftə yerləşdirin və ucları üst-üstə gələcək şəkildə bağlayın.

Badımcanın üzərinə 1 dilim pomidor və 1 dilim bibər qoyun və dağılmaması üçün diş çöpü batırın.

Digər badımcanları da eyni şəkildə hazırlayıb soba qabına düzün.

Tomatlı su və bir az yağ əlavə edib sobada 1 saat qədər bişirin.

 

 

Nuş olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!