Ful (Ərəb mətbəxi )

Ful (Ərəb mətbəxi )
Yeməklər
10.09.2017 50
Tərkibi:
4 su stəkanı daxili paxla (mümkünsə quru, yoxsa təzəsi də istifadə edilə bilər)
5 yemək qaşığı qatıq
3 yemək qaşığı  küncüd unu
2 diş sarımsaq
1/2 limonun suyu
1/2 su stəkanı qədər su
Duz
Üzəri üçün zeytun yağı, pulbiber və zirə



Hazırlanması:
1. Əgər quru paxla istifadə edəcəksinizsə bir gecə əvvəldən
isladıb, sabahısı gün qaynadaraq hazırlayın.
Təzə paxlanı birbaşa
qaynadıb istifadə edə bilərsiniz. Qaynadılan paxlaları mülayimə buraxın.
2. Qatıq, küncüd unu, sarımsaq, limon suyu, su və duzu blenderə
qoyun, püre halına gətirin.
Bu sousun su əlavə edilməmiş halı yenə bir
ərəb yeməyi olan felafil ilə xidmət edilən sousla eynidir.
Sous Ful üçün
istifadə ediləcəyi zaman bir az daha sulu olması lazımdır.
3. Paxlaları xidmət qabına alın. Üzərinə küncüd unlu soustan tökün.
Üzərinə zeytunyağı gəzdirib pul bibər və bol miqdarda zirə səpin.
 
Nuş olsun! 
 
/Mənbə.Qadınlar.Biz/   
 
                                                                     
                      скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!