Çöp kababı resepti

Çöp kababı resepti
Yeməklər
10.09.2017 17
Tərkibi:

6 badımcan

6 iti bibər

3 pomidor

750 qr qıymə

1 soğan

Çörək içi

3 diş sarımsaq

3 budaq cəfəri

Duz

Qara bibər

Zirə



Hazırlanması:

Badımcanlar soyub uzununa kəsin, bol duzda gözlədin. Küftə içliyini hazırlayın. Sarımsağı və soğanı rəndələyin, içinə qıymə , əzilmiş çörək içi, qara bibər, doğranmış cəfəri, duz əlavə edib yoğurun. Hazırladığınız vəsaitlərdən qozdan bir az böyük toplar halında hazırlayın. Badımcanları yaxşıca süzüb maye yağda önlü-arxalı qızardın. 2 dilim badımcanı müsbət (+) şəklində üst-üstə qoyaraq ortasına küftə yerləşdirin və üst-üstə gələcək şəkildə bağlayın. Badımcanın üzərinə 1 dilim pomidor 1 dilim bibər qoyun və dağılmaması üçün çöp batırın (ortasından). Digər badımcanlara da eyni şəkildə hazırlayıb tamatlı su və bir az yağ əlavə edib soba qabına düzün. 60-70 dəqiqəyə qədər bişirin. Servis edin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!