Kəvər soğanlı qarğıdalı çörəyi

Kəvər soğanlı qarğıdalı çörəyi
Yeməklər
10.09.2017 13
Vəsaitlər
1/2 kq  kəvər soğanı
1 ədəd soğan
Pul bibər
Quru nanə
Maye yağ
3 şirin qaşığı toz şəkər
Duz
2 ədəd yumurta
1 su stəkanı qatıq
1/2 su stəkanı maye yağ
Aldığı qədər qarğıdalı unu
1 paket karbonat



Hazırlanması
1. Kəvər soğanlarını yuyun, təmizləyin və 1 barmaq qalınlığında doğrayın.  

 

 
2. Bir qazana bol miqdarda duru yağı alın və  doğranmış soğanları
 qovurun. Sonra üzərinə yuyub 1 barmaq qalınlığında doğradığınız kəvər
soğanları və pul bibər, quru nanəni və duzu əlavə edin. Lazım olsa bir
az qaynar su əlavə edib  kəvər soğanlarını yüngül qovurun. (Tamamilə
bişmiş olmasına ehtiyac yoxdur, bir az da sobada bişəcəkler onsuz da)
Kəvər soğanlarını qazdan alın və istirahətə  buraxın.

3. Yoğurma qabınıza qalan vəsaitləri və kəvər soğanlarını əlavə edin,
yoğurun. Lazım olsa duz əlavəsi də edə bilərsiniz. Xəmirin
konsistensiyası çox sıyıq da olmayacaq, çox qatı da olmayacaq. 3 şirin
qaşığı şəkər də ideal gəlir. 

 


4. Yoğurduğunuz xəmiri yağlanmış qaba alın. Əlinizi də yağlayıp ovuc içinizle üzərini düzleyin və 180 dərəcəli sobaya verin.

     
Üstü qızaran qarğıdalı çörəyini bir də bıçak batıraraq yoxlayıb hazır
olduğundan əmin olduqdan sonra sobadan alın, ilıq ilıq nuşla yeyin…

 
 /Mənbə.Qadınlar.Biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!