Çöpdə eskimo

Çöpdə eskimo
Yeməklər
10.09.2017 7
 
Tərkibi: 



Toyuq silesi-4 ədəd

Ət farşı-300 q

Göbələk-100 q

Soğan-2 baş

Yumurta-1 ədəd

Zeytun yağı

Duz, istiot



Hazırlanması:


1. Toyuq fileləri bir-bir streçin arasında döyəclənib duzlanır, istiotlanır.


2. Soğan xırda doğranılır və yağda qovrulur. Soğanın yarısı, yumurta sarısı, xırdalanmış sarımsaq, duz və istiot ət farşına əlavə edilib qarışdırılır və hər toyuq filesinin üzərinə qoyulur.


3. Göbələk xırdalanır, yağda qovrulur və soğanın qalan hissəsinə əlavə edilir. Göbələk-soğan qarışığı farşın üzərinə qoyulur.


4. Çöplər qabaqcadan 2 saat soyuq suda isladılır.


5. File isladılmış çöplərin yarısı içində olmaq şərti ilə rulet formasında bükülür.


6. Hər bükülmüş rulet folqaya yaxşı bükülür (çöplərin ucu çöldə qalmalıdır) və tikişi yuxarıda olmaq şərti ilə listə yerləşdirlir.


7. Çöpdə eskimo qabaqcaqda 180-200 dərəcəyədək qızdırılmış sobada əvvəlcə 20 dəq., sonra isə 160-170 temperaturda 20 dəq. hazırlanır.

Nuş Olsun!  скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!