Kartoflu güvəc

Kartoflu güvəc
Yeməklər
10.09.2017 15
Vəsaitlər
750 qr quş başı əti
4 ədəd kartof
2 ədəd soğan
5-6 diş sarımsaq
4 ədəd pomidor
1/2 çay stəkanı duru yağ
1/2 yemək qaşığı tamat
Duz, qara bibər, pul bibər



Hazırlanması
1. Qazanı ocağa alın. İçinə duru yağı, doğranmış soğanı, incə
qıyılmış sarımsağı, ətləri qoyun və ətlərin rəngi dəyişəni qədər gözəlcə
qovurun.
Ətlər gözəl qovrılmasa yeməkdə xoş olmayan bir ət qoxusu olar.
Qovurma əməliyyatı buna görə əhəmiyyətlidir.
2. Qovrulan ətlərin tamat və qabığı soyulmuş doğranmış pomidorları əlavə edin, qovurun.
3. Pomidorlar gözəlcə qovrulanda küp küp doğradığınız kartofları və
duzla ədviyyatları da əlavə edin. Bir müddət qovurduqdan sonra üzərinə
qaynar su əlavə edin.
4. Yeməyi ocaqda 1-2 daşam qaynatdıqdan sonra qazan qapağını
bağlayaraq. 200 dərəcədə əvvəlcədən qızdırılmış sobaya verin. Sobaya
verdiyinizdə yeməyin suyu ətin üzərini 3-4 barmaq keçəcək şəkildə
olmalıdır. Sobada qaynadığına əmin olun və soba istiliyini
150 dərəcəyə salın. 25-30 dq. qədər bişirib servis edin.

 
/Mənbə.Qadınlar.Biz/


                 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!