Blinli piroq

Blinli piroq
Yeməklər
10.09.2017 9
 
Tərkibi:


Blinlər üçün:


Un-1 st.

Süd-3/4 st.

Su-3/4 st.

Yumurta-2 ədəd 

Şəkər tozu- 1 x.q

Duru yağ- 2 x.q


İçlik üçün:


Mal əti-500 q

Soğan-1 baş

Göbələk-300 q

Xama

Holland Pendiri


Hazırlanması:


1. Blinlər üçün nəzərdə tutulan ərzaqlar qarışdırılıb mikserlə çalınır. Alınan duru xəmirdən blinlər hazırlanır.


2. Xırda doğranılmış soğan tavada bir az qovrulur. Ət ayrıca bişirilib xırda doğranıllır və soğana əlavə edilib bir az da qovrulur. Ət-soğan qarışığına doğranmış, ayrıca bişirilmiş göbələk əlavə edilir və bir az da qovrulur.


3. Hər blinin üzərinə xama çəkilir və alınan ət-göbələk qarışığı əlavə edilir. Sonuncu 10-cu blinin üzərinə yenə xama çəkilir və sürtgəcdən keçirilmiş holland pendiri səpilir.


4. Piroq qabaqcadan 180 dərəcəyədək qızdırılmış sobada 10-15 dəq. hazırlanır.


Nuş Olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!