Badımcanlı pendirli pide

Badımcanlı pendirli pide
Yeməklər
10.09.2017 21
Ərzaqlar:
4 stəkan un
Yarım paket yaş maya
1 çay qaşığı duz
Ala bildiyi qədər ilıq su
 
İçlik üçün:
5 ədəd orta boy badımcan
2 ədəd pomidor
2 ədəd yaşıl bibər
100 qr ağ pendir
Yarım stəkan duru yağ
Duz-istiot
 
Üzəri üçün
150 qr holland pendiri
 
Hazırlanması:
 Dərin qaba unu və duzu tökürük. Ortasına yaş mayanı və ilıq suyu
əlavə edib yumşaq xəmir yoğururuq.
Yoğurduqdan sonra 2-3 dəqiqə xəmiri
dincəlməyə qoyuruq. İçliyimizi hazırlamaq üçün badımcanları sobada
közlüyürük.
Qabıqlarını soyub süzgəcdə suyu   biraz çıxana qədər
gözlədirik. Sonra badımcanları kub-kub doğruyuruq.
Eyni şəkildə
pomidoru, yaşıl bibəri də doğruyuruq. Parçalanmış pendiri,
duz-istiotunu, duru yağı əlavə edib qarışdırırıq və içliyimiz hazırdı.
Xəmiri 8 hissəyə bölüb uzunsov formaya salıb ortasını aralayırıq.
İçliyimizi bərabər şəkildə xəmirin ortasına əlavə edib kənarlarını
birləşdiririk.
Sonra pidələrin üzərinə holland pendiri əlavə edirik.
Əvvəlcədən isidilmiş sobada 230 dərəcədə 10-12 dəqiqə bişiririk.
Bişdikdən sonra pidələrinizin parlaq görsənməsini istəyirsinizsə  sobadan götürdükdən sonra xəmirin kənarlarına duru yağ sürtə
 bilərsiniz.
 
Nuş olsun qızlar!
 
/Mənbə."Oktay usta ilə lezzet yolculuğu" kitabından/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!