Soğanlı piroq

Soğanlı piroq
Yeməklər
10.09.2017 17
Tərkibi (4 pay): 



xəmir: 

1,5 st. un 

150 q marqarin



iç: 

5-6 baş soğan 

200 q bərk pendir

50 q kərə yağı

1 x.q. şəkər tozu

1 ç.q. un

3-4 budaq cəfəri

duz

istiot



Hazırlanması :


Marqarini unla döyün. 0,5 st. sü tökün, xəmir yoğurun.

 

İç: soğanı təmizləyin, yarımhalqa doğrayın. Qazana qoyub üzərinə 0,5 st. qaynar su tökün, su quruyanadək bişirin. Un səpin, yağla qarışdırın. Duz, istiot vurun, şəkər tozu və xırda doğranmış cəfəri əlavə edin. 



Xəmiri yağlanmış siniyə döşəyin. Bir neçə yerdən çəngəl batırın. 220 dərəcə qızdırılmış sobada bişirin. Tam bişməmiş içi üzərinə yayın, üzərinə sürtgəcdən keçirilmiş pendir səpin. 15-20 dəqiqə, hazır olanadək bişirin. 



Süfrəyə isti verin. 
 
Nuş olsun !скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!