Lavaş cips və ajvar sous resepti

Lavaş cips və ajvar sous resepti
Yeməklər
10.09.2017 20
Tərkibi:

2 Su stəkanı un

1 Ç.q duz

1 Ç.q instant maya

1 X.q toz şəkər

1 X.q zeytun yağı

1 Su Stəkanı ilıq su



Ajvar sous üçün:

2 Ədəd badımcan

3 Ədəd qırmızı bibər

2 Diş sarımsaq

2 X.q limon suyu

3 X.q zeytun yağı

Kifayət qədər duz

Kifayət qədər qara bibər

Kifayət qədər kişniş

Kifayət qədər kimyon



Üzəri üçün:

Kifayət qədər susam

Kifayət qədər kökə otu

Kifayət qədər pul bibər

Kifayət qədər kəklik

Kifayət qədər duz



Hazırlanması:

Unu bir kasaya ələyin. Duz, maya, şəkər, zeytunyağı və suyu əlavə edib yoğurun.

İçinə bir çimdik ədviyyat əlavə edib təkrar yoğurun. Üzərini örtüb 1 saat gözlədin.

Xəmiri yağlı kağız üzərinə qoyub oxlovilə nimçə böyüklüyündə incə açın.

Üzərinə ədviyyatları səpin. Xəmiri rulet ilə üçbucaq şəkildə kəsib kağız ilə birlikdə nimçəyə köçürün.

180 dərəcəyə nizamlanmış sobada 15 dəqiqə və ya üzəri qızarana qədər bişirin. Soyumağa qpyun.

Badımcan və bibərləri soba qızartmasında yumşalana qədər qızardın.

Qabıqlarını soyub mətbəx robotuna əlavə edin. Sarımsaq, duz, limon suyu, zeytunyağı, qara bibər, kişniş, kimyon əlavə edib 2 dəqiqə qarışdırın.

Cipsləri servis qabına qoyub ajvar sous ilə servis edin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!