Qatıqlı quzu qovurma resepti

Qatıqlı quzu qovurma resepti
Yeməklər
10.09.2017 57
Tərkibi:

1 Kilo quzu quşbaşı

4 Ədədsoğan

2.5 Qəhvə fincanı duru yağ

6 Ədəd uzun bibər

1 Su stəkanı isti su

2 Ədəd pomidor

Yarım dəstə cəfəri

2.5 Su stəkanı qatıq

3 Diş sarımsaq

1 Çay qaşığı qırmızı toz bibər

Duz



Üzəri üçün:

1 X.q kərəyağı

1 Ç.q qırmızı toz bibər



Hazırlanması:

Duru yağı istilədib əti qovurun. Soğanları halqa-halqa doğrayıb ətə əlavə edin və çəhrayılaşana qədər qarışdırın. Uzun bibərləri kiçik-kiçik doğrayıb əlavə edin. 1 su stəkanı su əlavə edib 20 dəqiqə az odda bişirin. Pomidorları soyub kub-kub doğrayın.

Cəfərini incə doğrayın. Ətlər suyunu çəkib yumşalmağa başlayınca pomidor, cəfəri və duzu əlavə edin. Pomidorlar suyunu çəkincə yeməyi odun üzərindən alın.

Sarımsaqları əzib qatıqla qarışdırın. Qovurduğunuz ətli qarışığı servis qabına alın.

Üzərinə hazırladığınız sarımsaqlı qatığı tökün.

Qırmızı toz bibəri kərəyağıda isidib üzərinə gəzdirərək tökün və isti olaraq servis edin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!