Bibərli soyuq şorba resepti

Bibərli soyuq şorba resepti
Yeməklər
10.09.2017 14
Süfrələrin baş tacı şorba reseptlərimizə, sevəcəyinizi ümid etdiyim bir resept əlavə etmək istəyirəm. Xüsusilə isti yay günləri üçün mükəmməl bir şorba növüdür.



Tərkibi:

6 ədəd bibər

2 ədəd qırmızı bibər

1 ədəd soğan

2 qəhvə fincanı zeytun yağı

1 x.q un

2 su stəkanı su

250 qram qatıq

1 çay stəkanı su

2 diş sarmısak

Kifayət qədər duz, qara bibər

1 ç.q reyhan



Hazırlanması:

Bibərləri ocaqda qizardıb, qabığını soyun və incə uzun olaraq doğrayın. Soğanı kub-kub doğrayın və zeytun yağında qovurun. Unu əlavə edib rəngi dəyişənə qədər qovurun.

Doğranmış bibərləri əlavə edib, 1-2 dəfə qarışdırın.

Üzərinə suyu mərhələ-mərhələ əlavə edərək qarışdırın və 2-3  dəqiqə qaynadın.  Sonra ocağın altını söndürərək soyumağa qoyun.

Bir kasaya qatıq, 1 çay stəkanı su, döyülmüş sarmısak, duz və qara bibəri əlavə edib, hamısını çırpın və qazandakı qarışığa əlavə edin.

Bütün vəsaitləri qarışdırın. Üzərinə reyhan səpin. Soyuq olaraq servis edə bilərsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!