Məşhur fransız yeməyi "Jülyen" resepti

Məşhur fransız yeməyi
Yeməklər
10.09.2017 195
Tərkibi:

500 qr. toyuq filesi

500 qr. göbələk(şampinyon)

2 ortaboy soğan

200 qr. holland pendiri

300 qr qaymaq və ya keyfiyyətli xama

2 xörək qaşığı un

Duz

İstiot

Bitki yağı



Hazırlanması:

Toyuq filesini suda bişirin.

Soğanı,göbələyi,bişmiş toyuq filesini xırda-xırda doğrayın.

Soğanı bitki yağında qovurun.

Sonra göbələyi əlavə edib,suyu çəkilənə kimi qovurun.

Doğranmış ,bişmiş toyuq filesini qatın,duzunu istiotunuəlavə edin,bir az da qovurub ocaqdan götürün.

Başqa tavada unu iyi çıxana kimi qovurun.

Qaymaq ,duz, istiot əlavə edin,bir-iki burum qaynadın.

Qovrulmuş toyuq,göbələk,soğanı qatıb,qarışdırın və ocaqdan götürün.

Bu kütləni xüsusi oda davamlı bir paylıq qablara yığın,üzərinə isə bolluca rəndələnmiş holland pendiri qoyun.

180 dərəcəli sobada üzəri qızılı rəng alana kimi bişirin.(təxminən 30 dəqiqə)

Siz "Jülyen"-i bir böyük qabda da hazırlaya bilərsiniz.

Bulkanın içini oyub,onun içinə də eyni qaydada yığıb ,üzərinə də holland
pendiri qoyub,sobada üstü qızarana kimi bişirə bilərsiniz.hətta hər
hansı bir tartaletkalarla da hazırlaya bilərsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!