Türk sayağı qıymalı pomidor dolması resepti

Türk sayağı  qıymalı pomidor dolması resepti
Yeməklər
10.09.2017 17
Tərkibi:

Yarım kq orta boy pomidor

250 qr qıyma

1 ədəd böyük boy soğan

1 çay stəkanı düyü

Yarım dəstə cəfəri

1 yemək qaşığı duru yağ

2 yemək qaşığı tamat

2,5 su stəkanı ilıq su

1 tutam qara bibər

Kifayət qədər duz



Hazırlanma qaydası:

Düyünü yuyub duzlu ilıq suda 15 dəqiqə gözlədin.

Pomidorları yaxşıca yuyun, sap qisimlərini qapaq olacaq şəkildə kəsin və içlərini çox dərinə enmədən oyun.

Soğanı soyub kiçik kiçik doğrayın.

Cəfəriləri yuyub incə incə doğrayın.

Geniş bir qabın içində qıymanı, suyunu süzdüyünüz düyüləri, cəfərini, 1
yemək qaşığı tamatı, yağı, pomidor içlərini, duz və qara bibəri yaxşıca
qarışdırın.

Hazırladığınız qarışığı pomidorların içlərinə doldurun.

Qalan tamatı 2 su stəkanı ilıq suda əridin.

Pomidorları qazana düzün, üzərinə tamatı suyu əlavə edin.

Qapağı bağlı olaraq yumuşayana qədər bişirin.

İsti olaraq servis edin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!