"Yarım stəkan" piroqu resepti

Yeməklər
10.09.2017 20
Tərkibi (4-5 pay):

Xəmir üçün:


0,5 st. xama

0,5 st. yumurta (2-3 ədəd)

0,5 st. bitki yağı

0,5 st. isti su və ya süddə isladılmış 20 q maya

2 x.q. şəkər tozu

0,5 ç.q. duz

un - aldığı qədər



Düyülü içlik:

0,5 st. bişmiş düyü

2-3 yumurta

3-4 baş soğan

5-6 göy soğan

5-6 cəfəri və şüyüd

duz, istiot, ədviyyat



Ətli içlik:

500 q ət

3-4 baş soğan

1 dəstə göyərti

duz, istiot, ədviyyat



Hazırlanması:

Xama və yumurtanı əvvəlcədən soyuducudan çıxarıb otaq temperaturunadək isinməsini gözləyin. Xamanı şəkər tozu, duz və yumurta ilə çalın. İlıq su və ya süddə isladılmış mayanı, yağı əlavə edin, qarışdırın. Tədricən un əlavə edin, 10-15 dəqiqə yoğurun. Üzərini örtüb isti yerdə 1,5-2 saat saxlayın. Hazır xəmiri iki yerə bölün: 2/3-si piroqun altına, 1/3-i üstünə olmaq şərtilə.



Düyülü içlik: Düyünü bişirin. Yumurtanı suda bişirib xırda doğrayın.

Soğanı xırda doğrayın. Yarısını qızılı rəng alanadək qovurun. Göy soğan, cəfəri və şüyüdü doğrayın. Bütün ərzaqları qarışdırın, düz, istiot, zövqünüzə görə digər ədviyyat əlavə edin.



Ətli içlik: Əti maşından keçirin. Soğanı xırda doğrayın. Birlikdə qovurun. Göyərtini xırda doğrayın. Bişmiş qiymə ilə qarışdırın, duz, istiot, zövqünüzə görə digər ədviyyat əlavə edin. Qızdırılıb yağlanmış siniyə xəmirin 2/3-sini yayıb döşəyin.

Üzərinə içi bərabər qaydada yayın. Xəmirin qalanını yayıb üzərinə örtün. Kənarlarını birləşdirin. Üzərində kvadrat, yaxud romb şəklində kəsiklər edin. 15 dəqiqə isti yerdə saxlayın. Üzərinə çalınmış yumurta çəkin. 180-200 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə bişirin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!