Qarğıdalı şorbası

Qarğıdalı şorbası
Yeməklər
10.09.2017 43
Tərkibi:

Qarğıdalı dənələri-300qr

Toyuq əti-200qr

Kərə yağı-100qr

Baş soğan-3 ədəd

Pomidor-2-3 ədəd

Un-1 x.q

Su-1 l

Zəfəran

Duz

İstiot



Hazırlanması:

1. Axşamdan qarğıdalı dənələri (konservləşdirilmiş qarğıdalı dənələri də olar) isladılır və bişirilir.

2. Soğan xırda doğranılır və kərə yağında qovrulur.

3. Toyuq əti kubvarı doğranılır və qovrulan soğana əlavə edilib yenidən qovrulur.

4. Qovrulan ərzaqlara un əlavə edilir və ərzaqlar yağa düşəndən sonra duz, istiot və su əlavə edilib qaynamağa qoyulur.

5. Qaynayan şorbaya zəfəran və bütöv pomidor əlavə edilir və 5-10 dəq. sonra odun üzərindən götürülür.

6. Şorba süfrəyə üzərində bütöv pomidorlarla verilir (pomidor şorba yeyildikdə içində əzilir).

 

Nuş Olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!