Çaput aşı resepti

Çaput aşı resepti
Yeməklər
10.09.2017 17
Tərkibi: (4 pay)
10 təzə tənək yarpağı
250 q quzu əti
2 x.q. bitki yağı
1 st. düyü
1,5 st. su (və ya bulyon)
Duz
 Hazırlanması:
Tənək yarpaqlarını xırda doğrayın. Bir qazanı yarısınadək su ilə doldurub yarpaqları və bitki yağını əlavə edin. Yarpaqlar yumşaldıqdan sonra suyunu süzün. Quşbaşı doğranmış əti qazana qoyun. Suyunu salıb özünə çəkincəyədək qovurun. Düyünü yuyub ətə əlavə edin. 1,5 st. su və ya bulyon, duz əlavə edin. Qaynara düşəndə ocağı azaldın. Suyunu çəkənə qədər bişirin. Plovu ocaqdan götürüb bişmiş tənək yarpaqlarını əlavə edin, taxta qaşıqla qarışdırın. Qazanın ağzına qalın kağız salfet çəkin, qapağı ağzına qoyun. 10 dəqiqə saxlayandan sonra boşqablara çəkə bilərsiniz. Süfrəyə qatıqla verin.
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!